AZ

Azərbaycan badmintonçusu Çexiyada medal qazandı

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Çexiyanın paytaxtı Praqada keçirilən "International Challenge" kateqoriyalı "Czech Open" beynəlxalq turnirində bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Badminton Federasiyasının mətbuat xidməti yayıb. 

Mübarizəyə əsas mərhələdən start verən idmançı ilk görüşündə fransalı Valentin Singeri mübarizədən kənarlaşdırıb - 2:0 (21:12, 21:13).

O, 1/8 finalda Hindistan təmsilçisi Dalal Şaşvatı 2:0 (21:12, 21:19) hesabı ilə məğlub edib. 1/4 finalda hər iki setdə ispaniyalı Pablo Abiandan üstün olan badmintonçu (21:15, 21:14) yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Edi Reski Dviçayo finalın bir addımlığında İndoneziya badmintonçusu Məhəmməd Yusufa uduzub - 0:2 (14:21, 17:21).

Seçilən
98
9
fanat.az

10Mənbələr