Bakı. Trend:
Oktyabrın 18-də Azərbaycan Respublikasının müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığınınkomandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperinrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə qonaqlarŞəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçənşəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.
Qonaqları salamlayan müdafiə naziri onlara AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan uğurluislahatlardan danışıb.
General-polkovnik Z.Həsənov ikitərəfli əməkdaşlığın müxtəlifistiqamətləri üzrə həyata keçirilən tədbirlərdən və mövcudəlaqələrdən məmnunluq ifadə edib.
Admiral B.Kuper isə öz növbəsində səmimi qəbula və göstərilənqonaqpərvərliyə görə təşəkkürünü bildirib, qarşılıqlı səfərlərinəlaqələrimizin daha da güclənməsinə faydalarını vurğulayıb.Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı“Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görəminnətdarlığını bildirən qonaq əməkdaşlığımızın inkişafetdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın yeniperspektivləri müzakirə olunub.