ABŞ admiralı Azərbaycana təşəkkür etdi
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər. Qonaqları salamlayan müdafiə naziri onlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan uğurlu islahatlardan danışıb. General-polkovnik Z.Həsənov ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlərdən və mövcud əlaqələrdən məmnunluq ifadə edib.