Oktyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz Qüvvələrinin admiralı Bred Kuperin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən "Cebheinfo.az"a bildirilib ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad ediblər.
Qonaqları salamlayan müdafiə naziri onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan uğurlu islahatlardan danışıb.
Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə olunub.
"Cebheinfo.az"