RU

Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək

Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək.

APA-Economics” xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, bu ildən sözügedən binaların artıq tikintisinə başlanılıb.

O bildirib ki, 800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək. Ümumilikdə ikinci qayıdış planına qədər Şuşaya 8 min nəfər köçürüləcək.

Aydın Kərimov həmçinin əlavə edib ki, bu il ərzində Şuşaya 430 min turist səfər edib. 23 min nəfər gecələyib.

Избранный
67
9
apa.az

10Источники