AZ

Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək

2027-ci ilin əvvəlinə kimi Şuşada 45 bina tikilib təhvil veriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək. 

Onun sözlərinə görə, hazırda 22 binanın tikintisi həyata keçirilir.

Aydın Kərimov onu da açıqlayıb ki, indiyə qədər Şuşaya 1411 nəfər köçürülüb və ümumilikdə ikinci qayıdış planına qədər 8 min nəfərin köçürülməsi planlaşdırılır.

O, Şuşaya səfər edənlərin sayının artığını, bu il ərzində şəhərə 430 min turistin səfər etdiyini sözlərinə əlavə edib.

Seçilən
23
6
xezerxeber.az

10Mənbələr