AZ

Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək

Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək...

Poliqon xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, bu ildən sözügedən binaların artıq tikintisinə başlanılıb:

O bildirib ki, 800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək: “İşlər tender əsasında həyata keçirilir. Hazırda 22 binanın tikintisini “Kristal Construction” həyata keçirir”.

Aydın Kərimov vurğulayıb ki, indiyə qədər Şuşaya 1411 nəfər köçürülüb və ümumilikdə ikinci qayıdış planına qədər 8 min nəfərin köçürülməsi planlaşdırılır.

Aydın Kərimov həmçinin əlavə edib ki, Şuşaya səfər edənlərin sayı artır: "Bu il ərzində Şuşaya 430 min turist səfər edib və 23 min nəfər gecələyib".
 
Poliqon.info

Seçilən
29
9
poliqon.info

10Mənbələr