RU

Pirallahıda bayrağa hörmətsizlik: Bayraq dirəyi boş qalıb - VİDEO

Pirallahı rayonunda, "Gənclər parkı"nda, uzunluğu təxminən 70 metr olan bayraq dirəyi boş qalıb. Bayraq yığışdırılaraq, aparılıb. Məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar zaman-zaman bayraq cırıldığı üçün Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən belə bir qərar verilib.


Manset.az Sitat.info-ya istinadən xəbər verir ki, sakinlər yalnız bayramdan-bayrama bayraq görürlər. Lakin normal hava şəraitində belə bayraq asılmır. 

Bildirildi ki, bayraq cırılıb, icra hakimiyyətində saxlanılır. Məsələ ilə bağlı Pirallahı RİH-lə əlaqə saxlanılıb. Təəccüblüsü odur ki, onlar da bu məsələdən xəbərsizdir.

Bildirək ki, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı İmanov Vasif Həsən oğludur. O, bu vəzifəyə 7 mart 2013-cü ildə təyin edilib.

Videonu təqdim edirik:


Избранный
74
3
manset.az

8Источники