ain.az bildirir, Sitat.info portalına istinadən.
Pirallahı rayonunda, "Gənclər parkı"nda, uzunluğu 70 metr olan bayraq dirəyi boş qalıb. Bayraq yığışdırılaraq, aparılıb.
Məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar zaman-zaman bayraq cırıldığı üçün Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən belə bir qərar verilib.
Sakinlərin "Sitat.info"ya dediklərinə görə, yalnız bayramdan-bayrama bayraq görürlər.
Lakin normal hava şəraitində belə bayraq asılmır. Ərazidə olduğumu zaman məlumatlar əldə etdik.
Bildirildi ki, bayraq cırılıb, icra hakimiyyətində saxlanılır.
Məsələ ilə bağlı Pirallahı RİH-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Sitat.info olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sitat.info videonu təqdim edir:
@sitat.info
Pirallahıda bayrağa hörmətsizlik: “Cırılmasın deyə aparıb otağa qoyublar”
♬ original sound - Sitat.info xəbər portalı
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.