RU

Pirallahıda bayrağa hörmətsizlik: “Cırılmasın deyə aparıb otağa qoyublar” - VİDEO

Pirallahı rayonunda, "Gənclər parkı"nda, uzunluğu 70 metr olan bayraq dirəyi boş qalıb. Bayraq yığışdırılaraq, aparılıb.

Məlumata görə, küləkli hava şəraiti ilə əlaqədar zaman-zaman bayraq cırıldığı üçün Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən belə bir qərar verilib.

Sakinlərin "Sitat.info"ya dediklərinə görə, yalnız bayramdan-bayrama bayraq görürlər.

Lakin normal hava şəraitində belə bayraq asılmır. Ərazidə olduğumu zaman məlumatlar əldə etdik.

Bildirildi ki, bayraq cırılıb, icra hakimiyyətində saxlanılır. 

Məsələ ilə bağlı Pirallahı RİH-lə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Sitat.info olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sitat.info videonu təqdim edir:

 

 

 

Избранный
53
3
sitat.info

8Источники