“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, oktyabr ayından peyvəndləmə kampaniyasına başlanılır. Biz də bu prosesi könüllü şəkildə və pulsuz həyata keçiririk”.Metbuat.az-n məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Yaqut Qarayeva bildirib ki, TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində qripə qarşı peyvəndləmə həyata keçirilir. Xəstəxanalara rəsmi məlumatlar göndərilib və müəssisələr bu prosesə tam hazırdır:“Peyvənd Fransa istehsalı olan "Sanofi" şirkəti tərəfindən istehsal edilib. Peyvənd injektorun içində hazır formada olur. Bu, təhlükəsizliyə zəmanət verir. Heç bir əks təsiri yoxdur”, - deyə Yaqut Qarayeva vurğulayıb.TƏBİB rəsmisi qrip peyvəndinin könüllü olduğunu qeyd edib. O, peyvəndin daha çox tibbi göstərişi olan şəxslərə, xüsusilə də 65 yaşdan yuxarı insanlara tövsiyə edildiyini əlavə edib.Gülbəniz Hüseynli / Metbuat.az