AZ

Qrip peyvəndlənməsi pulsuz və könüllüdür -

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, oktyabr ayından peyvəndləmə kampaniyasına başlanılır. Biz də bu prosesi könüllü şəkildə və pulsuz həyata keçiririk”.Metbuat.az-n məlumatına görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib. Yaqut Qarayeva bildirib ki, TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrində qripə qarşı peyvəndləmə həyata keçirilir. Xəstəxanalara rəsmi məlumatlar göndərilib və müəssisələr bu prosesə tam hazırdır:“Peyvənd Fransa istehsalı olan "Sanofi" şirkəti tərəfindən istehsal edilib. Peyvənd injektorun içində hazır formada olur. Bu, təhlükəsizliyə zəmanət verir. Heç bir əks təsiri yoxdur”, - deyə Yaqut Qarayeva vurğulayıb.TƏBİB rəsmisi qrip peyvəndinin könüllü olduğunu qeyd edib. O, peyvəndin daha çox tibbi göstərişi olan şəxslərə, xüsusilə də 65 yaşdan yuxarı insanlara tövsiyə edildiyini əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
3
1
metbuat.az

2Mənbələr