RU

Qəzza sammitində kimlər iştirak edəcək? - Tam siyahı açıqlandı

Misir hökuməti bu gün Şarm əl-Şeyxdə təşkil olunacaq Sülh Sammitində iştirak edəcək liderlərin siyahısını açıqlayıb.

Adalet.az xəbər verir ki, siyahıda bir çox dövlət və hökumət başçısının, həmçinin Azərbaycan Respublikasınnı Prezidenti İlham Əliyevin adı var.

    Misirin rəsmi MENA xəbər agentliyinin məlumatına görə, sammitdə bu dövlət rəsmiləri iştirak edəcək:

    Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin Dövləti başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron, Kipr Prezidenti Nikos Kristodulides.

    Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin baş nazirlər səviyyəsində iştirakı gözlənilir.

    Sammitdə Omanın xarici işlər naziri Bədr əl-Busaidi, BMT-nin baş katibi Antonio Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antonio Kosta, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvainin də iştirak edəcəyi açıqlanıb.

    Избранный
    12
    12
    adalet.az

    10Источники