AZ

“Sülh sammiti”ndə iştirak edəcək liderlər açıqlandı


Xəbər verdiyimiz kimi, bu gün Misirin Şarm əl-Şeyx şəhərində “Sülh sammiti” keçiriləcək.
Yeniavaz.com
MENA agentliyinə istinadla xəbər verir ki, sammitdə bir sıra ölkələrin dövlət və hökumət başçıları iştirak edəcək.
Onlar arasında Azərbaycan Prezidenti İlham Əliyev, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İordaniya Kralı II Abdullah bin Əl Hüseyn, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin Prezidenti Dövlət Başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər var.
Həmçinin, Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin sammitdə baş nazirləri səviyyəsində iştirakı gözlənilir.
Seçilən
2
18
yeniavaz.com

10Mənbələr