RU

“Mançester Yunayted” satıla bilər

Qleyzer ailəsi Cim Ratkliff ilə bağlanan razılaşmanın şərtlərinə əsasən “Mançester Yunayted” klubunu 2027-ci ilədək sata bilər. SİA xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. Klubun səhmdar strukturu iki növ səhm sinfinin mövcudluğunu nəzərdə tutur – A və B sinfi. A sinfi səhmlər B sinfi səhmlərlə müqayisədə 10 dəfə az səsvermə hüququ verir. B sinfi səhmlərin əksəriyyəti Qleyzer ailəsinə məxsusdur. Hazırda ailə B sinfi səhmlərin 71,04 faizinə və A sinfi səhmlərin 3,04 faizinə sahibdir. Bu, onların klubun ümumi səhmlərinin yarısından azına malik olmalarına baxmayaraq, 67,91 faiz səsə nəzarət etməsini təmin edir. Cim Retkliffə məxsus “INEOS Limited” şirkəti isə hər iki sinif üzrə təxminən 29 faiz səhmlərə malikdir. 2024-cü ilin fevralında bağlanmış müqaviləyə əsasən, Ratkliff ilin sonunadək 300 milyon dollar həcmində investisiya yatırmalıdır. Razılaşmaya görə, investisiyaların tam ödənilməsindən 18 ay sonra sürükləmə mexanizmi qüvvəyə minir. Bu hüquq Qleyzerlərə klubun tam satışında Retkliffi də məcburi şəkildə prosesə daxil etməyə imkan verir. Əgər satış 2027-ci ilin fevralınadək baş tutarsa, bir səhm üçün qiymət 33 dollardan aşağı ola bilməz. Retkliff kluba məhz bu qiymətlə daxil olmuşdu. Bu müddətdən sonra həmin təminat qüvvədən düşəcək və səhmlərin dəyəri azala bilər. Buna görə də, maliyyə baxımından Qleyzer ailəsi üçün klubu 2027-ci ilədək satmaq daha sərfəlidir. Hazırda səhmlər təxminən 16 dollara ticarət olunur ki, bu da Retkliffin ödədiyi məbləğin yarısı qədərdir.

Klubun tam satışı halında dəyərin 5,7–6 milyard dollar aralığında olacağı gözlənilir. Bu, tarixdə futbol klublarının satışları arasında ən böyük sövdələşmələrdən biri ola bilər. Potensial alıcılar arasında Qətərdən şeyx Casim bin Həmad əl-Tani, Səudiyyə Ərəbistanı və BƏƏ-dən investorlar, həmçinin iri investisiya fondları və varlı şəxsi investorlar göstərilir.

Qeyd edək ki, Səudiyyə Əyləncə İdarəsinin rəhbəri Turki əl-Şeyx “Mançester Yunayted”in yaxın vaxtlarda yeni investor əldə edə biləcəyini açıqlamışdı.

Избранный
8
1
sia.az

2Источники