AZ

“Mançester Yunayted” satıla bilər: Detallar açıqlandı

Qleyzer ailəsi Cim Ratkliff ilə bağlanan razılaşmanın şərtlərinə əsasən “Mançester Yunayted” klubunu 2027-ci ilədək sata bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Klubun səhmdar strukturu iki növ səhm sinfinin mövcudluğunu nəzərdə tutur – A və B sinfi. A sinfi səhmlər B sinfi səhmlərlə müqayisədə 10 dəfə az səsvermə hüququ verir. B sinfi səhmlərin əksəriyyəti Qleyzer ailəsinə məxsusdur.

Hazırda ailə B sinfi səhmlərin 71,04 faizinə və A sinfi səhmlərin 3,04 faizinə sahibdir. Bu, onların klubun ümumi səhmlərinin yarısından azına malik olmalarına baxmayaraq, 67,91 faiz səsə nəzarət etməsini təmin edir. Cim Retkliffə məxsus “INEOS Limited” şirkəti isə hər iki sinif üzrə təxminən 29 faiz səhmlərə malikdir.

2024-cü ilin fevralında bağlanmış müqaviləyə əsasən, Ratkliff ilin sonunadək 300 milyon dollar həcmində investisiya yatırmalıdır. Razılaşmaya görə, investisiyaların tam ödənilməsindən 18 ay sonra sürükləmə mexanizmi qüvvəyə minir. Bu hüquq Qleyzerlərə klubun tam satışında Retkliffi də məcburi şəkildə prosesə daxil etməyə imkan verir.

Seçilən
12
1
publika.az

2Mənbələr