Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarında iştirakdan imtina edərsə, bunun nəticələri ilə üzləşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Makron X hesabında yazıb.
“Əgər Rusiya öz aqressiv mövqeyində israr etməyə davam edər və danışıqlar masasına oturmasa, bunun əvəzini ödəməli olacaq,” – deyə o, əlavə edib.
Fransa lideri vurğulayıb ki, Paris Ukraynanı heç vaxt olmadığı qədər dəstəkləyir və Kiyevə hərbi və siyasi yardım göstərən ölkələrin “istəklilərin koalisiyası”na fəal şəkildə qoşulub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта