AZ

“O, bunun əvəzini ödəyəcək” - Makron Rusiyaya qarşı sərt bəyanat verdi

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya Ukrayna üzrə sülh danışıqlarında iştirakdan imtina edərsə, bunun nəticələri ilə üzləşəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Makron X hesabında yazıb.

“Əgər Rusiya öz aqressiv mövqeyində israr etməyə davam edər və danışıqlar masasına oturmasa, bunun əvəzini ödəməli olacaq,” – deyə o, əlavə edib.

Fransa lideri vurğulayıb ki, Paris Ukraynanı heç vaxt olmadığı qədər dəstəkləyir və Kiyevə hərbi və siyasi yardım göstərən ölkələrin “istəklilərin koalisiyası”na fəal şəkildə qoşulub.

Bizim.Media

Seçilən
10
1
bizim.media

2Mənbələr