RU

Cüdoçularımız ilk gündə dörd medal qazandı

Perunun paytaxtı Limada keçirilən Qran-pri turnirinin ilk günündə Azərbaycanın dörd cüdoçusu medal qazanıb.

Bizim.Media xəbər verir ki, bunlar Könül Əliyeva (48 kq), Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyevdir (hər ikisi 66 kq).

Ə.Yusifov gümüş, K.Əliyeva, R.Paşayev və R.Yelkiyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, Qran-pri oktyabrın 13-də başa çatacaq.

Bizim.Media

Избранный
12
10
bizim.media

10Источники