AZ

Azərbaycan cüdoçularından 4 medal

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Perunun paytaxtı Limada keçirilən Qran-pri turnirinin ilk günündə Azərbaycanın dörd cüdoçusu medal qazanıb.

Futbolpress.az xəbər verir ki, bunlar Könül Əliyeva (48 kq), Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyevdir (hər ikisi 66 kq).

Yusifov gümüş, Əliyeva, Paşayev və Yelkiyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, Qran-pri oktyabrın 13-də başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
8
futbolpress.az

10Mənbələr