Bakı, 12 oktyabr, AZƏRTAC
Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı zirvə toplantısı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.
"Sülh Sammiti” oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək. Samitə Misir və ABŞ prezidentləri sədrlik edəcək", - məlumatda deyilir.
Qeyd edilib ki, sammitə 20 ölkənin lideri dəvət olunub.