AZ

Misirdə Qəzzada atəşkəslə bağlı “Sülh Sammiti” keçiriləcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı zirvə toplantısı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi məlumat yayıb.

"Sülh Sammiti” oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək. Samitə Misir və ABŞ prezidentləri sədrlik edəcək", - məlumatda deyilir.

Qeyd edilib ki, sammitə 20 ölkənin lideri dəvət olunub.

Seçilən
21
2
azertag.az

5Mənbələr