RU

ABŞ ordusu şatdauna baxmayaraq maaş alacaq

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə hökumətin bağlanmasına baxmayaraq gələn həftə Amerika hərbçilərinə ödəniş etmək üçün bütün mövcud vəsaitlərdən istifadə etməyi tapşırıb.

"Report"un məlumatına görə, Amerika lideri bunu "TruthSocial" sosial media platformasında yazıb.

"Mən Ali Baş Komandan kimi səlahiyyətlərimdən istifadə edərək, müdafiə nazirimiz Pit Heqsetə oktyabrın 15-də hərbçilərimizin maaşlarını ödəmək üçün bütün mövcud vəsaitlərdən istifadə etməyi tapşırıram. Biz vəsaiti müəyyən etdik və Pit Heqset onlardan qoşunlarımıza ödəniş etmək üçün istifadə edəcək", - paylaşımda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
10
azpolitika.info

10Источники