AZ

ABŞ hərbçiləri maaşsız qalmayacaq - Tramp

Hökumətin fəaliyyətinin dayanmasına baxmayaraq, ABŞ hərbi qulluqçuları maaşlarını vaxtında alacaq.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "TruthSocial" hesabında yazıb.

Tramp qeyd edib ki, o, Pentaqonun rəhbəri Pit Heqsetə oktyabrın 15-də Amerika hərbçilərinə maaş vermək üçün bütün mövcud imkanlardan istifadə etməyi tapşırıb:

"Biz bunun üçün vəsait ayırmışıq və nazir Heqset onlardan ordumuza maaş vermək üçün istifadə edəcək".

Amerika lideri vurğulayıb ki, o, hökumətin fəaliyyətinin dayanmasına  səbəb olduğunu iddia etdiyi demokratların ABŞ əsgərlərini “girov” saxlamasına imkan verməyəcək: "Radikal sol demokratlar hökuməti açmalıdırlar, sonra biz səhiyyəni və onların məhv etmək istədikləri bir çox digər problemləri həll etmək üçün birlikdə işləyə bilərik".

Musavat.com

 

Seçilən
7
10
musavat.com

10Mənbələr