RU

“Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir” - Kamaləddin Qafarov

Bakı. Trend:

“Oktyabrın 10-da Düşənbədə keçirilən MDB Dövlət BaşçılarıŞurasının iclasında cənab Prezident İlham Əliyevin çıxışı bir dahagöstərdi ki, Azərbaycan regional əməkdaşlıqda təşəbbüskar,sülhsevər və dinamik inkişaf xəttinə malik ölkədir. Dövlətimizinbaşçısının çıxışında səslənən fikirlər qarşılıqlı hörmət, dostluqvə tərəfdaşlıq prinsiplərinə əsaslanırdı. Cənab PrezidentTacikistan xalqını əldə etdiyi uğurlar münasibətilə təbrik edərək,bu ölkənin sürətli inkişafını məmnunluqla qeyd etdi. Bu,Azərbaycanın xarici siyasətində səmimiyyət və qarşılıqlı hörmətinəsas yer tutduğunu bir daha sübut edir.”

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan ilə Tacikistan arasındakımünasibətlər qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanaraq təkcə ikiölkə üçün deyil, ümumilikdə MDB məkanında əməkdaşlıq ruhunungüclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir:

“Prezident İlham Əliyev öz çıxışında MDB-nin humanitar sahədəbirliyini dəstəkləyərək, Azərbaycanın Şərqi Zəngəzur bölgəsininLaçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinəverdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Laçında həyatakeçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin MDBölkələrinin diqqətini çəkməsi Azərbaycanın nüfuzunun artdığınıgöstərir. Dövlətimizin başçısı, həmçinin MDB-nin həyatında önəmlihadisə olan III MDB Oyunlarının Gəncə və digər şəhərlərimizdəyüksək səviyyədə keçirilməsini xüsusi qeyd etdi. Bu tədbir həmAzərbaycan idmanının gücünü nümayiş etdirdi, həm də MDB məkanındadostluğun, əməkdaşlığın və humanitar əlaqələrin inkişafına töhfəverdi. Cənab Prezidentin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycanhəm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı hörmət,əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir. Düşənbə iclasındasəslənən mesajlar MDB daxilində birliyin möhkəmlənməsinə, xalqlararasında səmimiyyət və dostluq körpülərinin daha da güclənməsinəxidmət edir”.

Избранный
26
17
az.trend.az

10Источники