Demokrat.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili bildirib ki, Azərbaycan ilə Tacikistan arasındakı münasibətlər qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanaraq təkcə iki ölkə üçün deyil, ümumilikdə MDB məkanında əməkdaşlıq ruhunun güclənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir:
"Prezident İlham Əliyev öz çıxışında MDB-nin humanitar sahədə birliyini dəstəkləyərək, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı kimi seçilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirdi. Laçında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin MDB ölkələrinin diqqətini çəkməsi Azərbaycanın nüfuzunun artdığını göstərir. Dövlətimizin başçısı, həmçinin MDB-nin həyatında önəmli hadisə olan III MDB Oyunlarının Gəncə və digər şəhərlərimizdə yüksək səviyyədə keçirilməsini xüsusi qeyd etdi. Bu tədbir həm Azərbaycan idmanının gücünü nümayiş etdirdi, həm də MDB məkanında dostluğun, əməkdaşlığın və humanitar əlaqələrin inkişafına töhfə verdi. Cənab Prezidentin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı hörmət, əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir. Düşənbə iclasında səslənən mesajlar MDB daxilində birliyin möhkəmlənməsinə, xalqlar arasında səmimiyyət və dostluq körpülərinin daha da güclənməsinə xidmət edir".
10Mənbələr
-
ikisahil.azKamaləddin Qafarov: Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir ( 22293070)
-
buta.tvAzərbaycan bu prinsiplərinə sadiqdir - Deputat ( 22292632)
-
hurriyyet.azKamaləddin Qafarov: “Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir” ( 22292533)
-
manset.az“Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir” ( 22292263)
-
demokrat.azKamaləddin Qafarov: "Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir" ( 22292095)
-
day.az“Azərbaycanbeynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir” - Kamaləddin Qafarov ( 22292008)
-
az.trend.az“Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir” - Kamaləddin Qafarov ( 22291801)
-
milli.azKamaləddin Qafarov: “Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir” ( 22291765)
-
yenisabah.az“Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə sadiqdir” - Kamaləddin Qafarov ( 22291546)
-
moderator.az“Azərbaycan beynəlxalq səviyyədə əməkdaşlıq prinsiplərinə sadiqdir” - Kamaləddin Qafarov ( 22291498)