RU

SOCAR-ın “Azneft” İB Sinqapur şirkətləri ilə separator sistemlərinin modernləşdirilməsi üzrə əməkdaşlığa başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi ilə Sinqapurun "Kranji Solution" və "MySep Pte" şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

Finss.az "Azneft"ə istinadən xəbər verir ki, sənədi "Azneft" İB-nin baş mühəndisi-baş direktorun birinci müavini Tofiq Heydərov, "Kranji Solution" şirkətinin texniki direktoru Michel van Vorselen"MySep Pte" şirkətinin rəhbəri Guy Hellinx imzalayıblar.

Razılaşmaya əsasən, "Azneft"in strukturuna daxil olan neft və qazçıxarma idarələrinin qazyığım və nəql sistemində istismar edilən separatorların mövcud rejimlərə uyğun modernləşdirilməsi həyata keçiriləcək, həmçinin sahə üzrə 10 nəfər əməkdaşa təlim keçiriləcək.

Nəticədə separatorların layihələndirilməsi, nasazlıqların aradan qaldırılması, uyğunluq və güc artımı ilə bağlı yoxlamalar yerli mütəxəssislər tərəfindən müstəqil şəkildə həyata keçiriləcək, yığım və nəql sistemlərində mürəkkəbləşmə riskləri minimuma endiriləcək.

Fuad Mədətov
Finss.az

Избранный
8
3
fins.az

10Источники