AZ

"Azneft" Sinqapur şirkətləri ilə Anlaşma Memorandumu imzalayıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalatBirliyi ilə Sinqapurun "Kranji Solution" və "MySep Pte" şirkətləriarasında Anlaşma Memorandumu imzalanıb.

Trend"Azneft"ə istinadən xəbər verir ki, sənədi "Azneft" İB-nin başmühəndisi-baş direktorun birinci müavini Tofiq Heydərov, "KranjiSolution" şirkətinin texniki direktoru Michel van Vorselen və"MySep Pte" şirkətinin rəhbəri Guy Hellinx imzalayıblar.

Razılaşmaya əsasən, "Azneft"in strukturuna daxil olan neft vəqazçıxarma idarələrinin qazyığım və nəql sistemində istismar edilənseparatorların mövcud rejimlərə uyğun modernləşdirilməsi həyatakeçiriləcək, həmçinin sahə üzrə 10 nəfər əməkdaşa təlimkeçiriləcək.

Nəticədə separatorların layihələndirilməsi, nasazlıqların aradanqaldırılması, uyğunluq və güc artımı ilə bağlı yoxlamalar yerlimütəxəssislərimiz tərəfindən müstəqil şəkildə həyata keçiriləcək,yığım və nəql sistemlərində mürəkkəbləşmə riskləri minimumaendiriləcək.

Məqalədə:
Seçilən
18
3
az.trend.az

10Mənbələr