AZ

"Azneft" İB Sinqapurun iki şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi (İB) ilə “Kranji Solution” və “MySep Pte” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb.

“Azneft”in məlumatına görə, sənədi İB-nin baş mühəndisi-baş direktorun birinci müavini Tofiq Heydərov, “Kranji Solution” şirkətinin texniki direktoru Mişel van Vorselen və “MySep Pte” şirkətinin rəhbəri Gay Hellinks imzalayıblar.

Razılaşmaya əsasən, “Azneft” İB-nin strukturuna daxil olan neft və qazçıxarma idarələrinin qazyığım və nəql sistemində istismar edilən separatorların mövcud rejimlərə uyğun modernləşdirilməsi həyata keçiriləcək, həmçinin sahə üzrə 10 nəfər əməkdaşa təlim keçiriləcək. Nəticədə separatorların layihələndirilməsi, nasazlıqların aradan qaldırılması, uyğunluq və güc artımı ilə bağlı yoxlamalar yerli mütəxəssislərimiz tərəfindən müstəqil şəkildə həyata keçiriləcək, yığım və nəql sistemlərində mürəkkəbləşmə riskləri minimuma endiriləcək.

Seçilən
6
3
vergiler.az

10Mənbələr