RU

Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən News24.az-a verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq.

Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.


Избранный
189
18
news24.az

10Источники