Bu gün Sumqayıtda yenə qaz olmayacaq - 800 abonentə XƏBƏRDARLIQ
Bu gün Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən verilən məlumata görə, Balans qovşaqlarının mövcud xəttə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən Sumqayıt şəhəri, Novxanı şossesi ərazisində yerləşən 800 abonentin qaz təchizatı işlər başa çatanadək dayandırılacaq. Qurumdan bildirilib ki, görüləcək tədbirlər yekunlaşdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq. Mətləb