Suriyanın müdafiə naziri Murhef Əbu Qəsrə kürd qüvvələri ilə hərtərəfli atəşkəsə nail olduğunu elan edib.
Missiya.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
“Biz Suriyanın şimal və şimal-şərqində bütün cəbhələrdə və bütün hərbi mövcudluq nöqtələrində hərtərəfli atəşkəs haqqında razılığa gəldik”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, atəşkəs dərhal qüvvəyə minəcək.
İlahə QənbərliMissiya.Az