AZ

Suriyada kürd silahlıları ilə atəşkəs razılaşması əldə olunub

Suriyanın müdafiə naziri Murhef Əbu Qəsrə kürd qüvvələri ilə hərtərəfli atəşkəsə nail olduğunu elan edib.

Missiya.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. 

“Biz Suriyanın şimal və şimal-şərqində bütün cəbhələrdə və bütün hərbi mövcudluq nöqtələrində hərtərəfli atəşkəs haqqında razılığa gəldik”, - deyə nazir bildirib. 

Onun sözlərinə görə, atəşkəs dərhal qüvvəyə minəcək. 

İlahə QənbərliMissiya.Az

Seçilən
107
missiya.az

1Mənbələr