Gürcüstanın Daxili İşlər Nazirliyi oktyabrın 4-də bir qrup nümayişçinin Tbilisidə prezident sarayına girməyə cəhd göstərdiyi zaman etiraz aksiyasının 13 iştirakçısının həbs edildiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazır.
Daxili işlər nazirinin müavini Aleksandr Darxvelidze bildirib ki, polis istintaqdan gizlənən daha iki nəfəri axtarır. Etirazın təşkilat komitəsinin 5 üzvü bundan əvvəl hakimiyyəti zorakılıqla dəyişməyə çağırış, qrup zorakılığının təşkili, əmlaka ziyan vurması və strateji obyektin qarşısının alınmasına görə həbs edilib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze oktyabrın 4-də keçirilən mitinqdə iştirak edən “cinayətkarların” tutulması üçün bütün Gürcüstanda xüsusi əməliyyatın keçirildiyini açıqlayıb. Baş nazir əlavə həbslər elan edib.