AZ

Gürcüstanda prezident sarayını ələ keçirmək istədilər

Gürcüstanda silahlı təxribata cəhd olub. 

"Unikal" xəbər verir ki, Tbilisidə külli miqdarda silah və partlayıcı maddə ələ keçirilib. Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, onlar prezident sarayının ələ keçirilməsi cəhdi ilə paralel olaraq planlaşdırılan böyük təxribat aktı üçün nəzərdə tutulub.

Ölkənin Dövlət Təhlükəsizlik Xidməti bəyan edib ki, silahlar “Ukraynada fəaliyyət göstərən qruplardan birinin gürcü nümayəndəsinin” sifarişi ilə alınıb. Partlayıcıları çatdırmalı olan şəxslər zərərsizləşdirilib.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən mitinqi cinayət əməli adlandırmışdı.

Şəhərdə iğtişaşlar oktyabrın 4-də başlayıb. 20-dən çox polis əməkdaşı yaralanıb.

Seçilən
17
3
unikal.az

4Mənbələr