Kolumbiya prezidenti Qustavo Petro bütün İsrail diplomatlarını ölkəsindən qovacaqlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.
Petro bu qərarı İsrailin Qlobal Sumud Flotillasına hücumundan sonra verib.
"Əgər əlimizdə olan məlumat doğrudursa, bu, İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən törədilmiş növbəti beynəlxalq cinayət olardı. İsraillə azad ticarət müqaviləsi dərhal ləğv ediləcək. İsrailin Kolumbiyadakı bütün diplomatik missiyası ölkədən çıxarılacaq", - Kolumbiya lideri yazıb.
Xatırladaq ki, İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağı sahillərinə fələstinlilər üçün humanitar yardım aparan Sumud Donanmasının 15 gəmisini ələ keçirib.
Gülayə Mecid