RU

Türkiyəyə səfər edən Türkmənistan turistlərinin sayı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025 -ci ilin avqustunda Türkmənistandan Türkiyəyə 19 min 563 turist səfər edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 15,23 faiz çoxdur.

Bu barədə TurkicWorld -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı 0,28 faiz təşkil edib.

2025-ci ilin yanvar-avqust aylarında Türkmənistandan Türkiyəyə 126 min 90 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,40 faiz çoxdur.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Türkmənistan vətəndaşlarının payı isə 0,36 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin avqustunda Türkiyəyə 6 milyon 965 min 343 turist səfər edib ki, bu da ötən ilin avqustu ilə müqayisədə 2,05 faiz çoxdur.

2025 -ci ilin yanvar-avqust aylarında 35 milyon 481 min 223 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,90 faiz azdır.

Избранный
112
1
turkic.world

10Источники