AZ

Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Tacikistan arasındaticarət əməliyyatlarının həcmi 10,1 milyon ABŞ dolları təşkiledib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 6,1 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur.

Hesabat dövründə Tacikistan ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 0,03%-i həcmində olub.

Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Tacikistana 9,3milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 5,9 milyon ABŞ dolları və ya 2,7 dəfəçoxdur.

Eyni zamanda, hesabat dövründə Tacikistandan Azərbaycana 761 minABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 208 min ABŞ dolları və ya37,6% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanxarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123milyard ABŞ dolları və ya 3,6% çoxdur.

Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın,15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eynidövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4%azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.

Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbətsaldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları vəya 2,7 dəfə azdır.

Seçilən
97
4
az.trend.az

10Mənbələr