RU

Cəbrayıl Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı keçirildi

Bakupost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mədəniyyət Nazirliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 4 oktyabr – Cəbrayıl Şəhəri Günü münasibətilə təntənəli konsert proqramı keçirilib.

Bakupost.az xəbər verir ki, Vətən müharibəsinin ilk qazi şəhəri, iki ildir öz sakinlərini qoynuna alan Cəbrayılın mərkəzində qurulmuş səhnədə təqdim edilən konserti mədəniyyət nazirinin müavini Murad Hüseynov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, doğma yurda qayıtmış sakinlər izləyiblər.

Konsert proqramı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Uzundərə" Azərbaycan xalq rəqsi (baletmeyster: Əməkdar artist Ceyhun Qubadov) ilə başlanıb.

Sonra solistlər Nurlana Abdullayeva Elza İbrahimovanın "Ey Vətən", Humay Aslanova Səid Rüstəmovun "Bilmədin", Fəxri Kazım-Nicat Polad Bülbüloğlunun "Azərbaycan", Vəfa Vəzirova Rauf Məmmədovun "Yaşa mənim xalqım", Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun "Cənnətim Qarabağ" və Əşrəf Abbasovun "Süfrə mahnısı", Fehruz Səxavət Əlibaba Məmmədovun "Xudayar təsnifi" və "Tel oynasın" Azərbaycan xalq mahnısını ifa ediblər.

Konsertdə həmçinin Səbinə Ərəbli Tofiq Quliyevin "Azərbaycana gəlsin", Aynur İsgəndərli Üzeyir Hacıbəylinin "Çırpınırdın, Qara dəniz" və Müslüm Maqomayevin "Azərbaycan" mahnılarını səsləndiriblər.

Bayram konsertinə bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur "Cəngi rəqsi" ilə yekun vurulub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə dövlət başçısı tərəfindən 31 iyul 2023-cü il tarixində Sərəncam imzalanıb. Sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. Cəbrayılda ilk Şəhər Günü ötən ilin həmin tarixində keçirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
10
www.bakupost.az

10Источники