RU

Mərkəzi Bank: Ölkədə bir bank zərərlə işləyir

2025-ci ilin birinci yarımili ərzində bank sisteminin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% (-37 mln. manat) azalaraq 577 mln. manat təşkil edib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, 2025-cü ilin ilk yarısında bir bank istisna olmaqla bütün banklar mənfəətlə fəaliyyət göstərib.

Belə ki, 2025-ci ilin ikinci yarısında mənfəətlə işləyən 21 bankın mənfəəti 580 mln. manat, zərərlə işləyən 1 bankın zərəri isə 2 mln. manat olub.

Tənzimləyicidən verilən məlumata əsasən sektorun mənfəətliliyinin azalmasının əsas səbəbi artan faiz və qeyri-faiz xərcləri olub.

Избранный
20
1
teleqraf.com

2Источники