2025-ci ilin birinci yarımili ərzində bank sisteminin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 6% (-37 mln. manat) azalaraq 577 mln. manat təşkil edib.
Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, 2025-cü ilin ilk yarısında bir bank istisna olmaqla bütün banklar mənfəətlə fəaliyyət göstərib.
Belə ki, 2025-ci ilin ikinci yarısında mənfəətlə işləyən 21 bankın mənfəəti 580 mln. manat, zərərlə işləyən 1 bankın zərəri isə 2 mln. manat olub.