RU

Britaniya və Ukrayna "dron divarı" inşa edəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniya və Ukraynanın birgə istehsal etdiyi pilotsuz uçuş aparatları ümumavropa "dron divarı" layihəsinə inteqrasiya olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili "The Daily Telegraph" nəşrinə müsahibəsində bildirib.
Britaniyalı nazir vurğulayıb ki, London müttəfiqləri ilə birlikdə NATO-nun müdafiə qabiliyyətini Rusiya rəhbərliyinə nümayiş etdirməyə hazırdır. Buraya NATO üzvü olan ölkələrin hava məkanını pozmaq cəhdlərinə dərhal cavab verilməsi daxildir.
Qeyd edək ki, "dron divarı" təşəbbüsü NATO ölkələrinin hava hücumundan müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Избранный
47
50
oxu.az

10Источники