"Rusiya başa düşməlidir ki, bu gündən Ukrayna silahlarının çata bilməyəcəyi heç bir hərbi obyekt, hətta ən ucqar obyekt belə olmayacaq".
Bakıvaxtı.az "Ukrinform"a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Varşava Təhlükəsizlik Forumu çərçivəsində deyib.
Ukraynalı diplomat ABŞ-nin ölkə silahlarından istifadə edərək Rusiyaya qarşı uzaqmənzilli zərbələrə icazə verməsi barədə xəbərlərə münasibət bildirib.
"Ukrayna BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ əsasında müstəqilliyini müdafiə edir. Rusiya aydın şəkildə başa düşməlidir ki, bu gün və gələcəkdə onlar üçün təhlükəsiz yer olmayacaq, Ukrayna silahları və Ukrayna ordusu istənilən hərbi obyektə çatacaq. Biz artıq Ukrayna silahının gücünü sübut etmişik", - nazir bəyan edib.