RU

Azərbaycanlı futbolçu qol vurdu, komandası uduzdu

Albaniya çempionatında 5-ci turun matçları keçirilir.

Bizim.Media xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" səfərdə "Bilis"lə üz-üzə gəlib.

Matçda İsgəndərlinin komandası 1:3 hesabı ilə uduzub.
 

Meydana start heyətində çıxan azərbaycanlı vinger 20-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub. Matçın 61-ci dəqiqəsində isə İsgəndərli əvəzlənib.


Qeyd edək ki, "Partizani" 4 xalla 8-ci pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
20
4
bizim.media

5Источники