AZ

Vüsal qol vurdu, komandası uduzdu

Albaniya çempionatında 5-citurun matçları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" səfərdə "Bülis"lə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. Meydana start heyətində çıxan Vüsal 20-ci dəqiqədə komandasının yeganə qolunu penaltidən vurub. Bu, oyunda ilk qol olub.Matçın 61-ci dəqiqəsində isə İsgəndərli əvəzlənib.

Bu yay "Partizani"yə keçən Vüsal 3-cü turda "Vlajni"yə 1:4 hesabı ilə uduzduqları oyunda da komandasının yeganə qolunu vurmuşdu. "Partizani" 4 xalla 8-ci pillədə qərarlaşıb.

Seçilən
15
4
football-plus.az

5Mənbələr