RU

Paşinyan: “TRIPP marşrutunun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq”

“TRIPP ABŞ-la Ermənistan arasında razılaşdırılmış biznes modeli Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr müxtəlif infrastrukturdan ibarət olacaq. Bu marşrutun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
 

“Beləliklə, avqustun 8-də Vaşinqtonda elan edilmiş TRIPP marşrutu əsasında Vaşinqton bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycan arasında dövlətdaxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılması dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcək.


Bu, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz əlaqəni əhatə edəcək və beynəlxalq və dövlətlərarası əlaqə üçün qarşılıqlı fayda verəcək”,- deyə Paşinyan qeyd edib.

Bizim.Media

Избранный
22
8
bizim.media

10Источники