AZ

Bu, Naxçıvanla maneəsiz əlaqəni əhatə edəcək Paşinyan

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

TRIPP ABŞ-la Ermənistan arasında razılaşdırılmış biznes modeli Ermənistan ərazisində fəaliyyət göstərəcək və onlarla kilometr müxtəlif infrastrukturdan ibarət olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

O bildirib ki, marşrutun həm regional, həm də qlobal əhəmiyyəti və təsiri olacaq.

“Beləliklə, avqustun 8-də Vaşinqtonda elan edilmiş TRIPP marşrutu əsasında Vaşinqton bəyannaməsinə uyğun olaraq, Ermənistan və Azərbaycan arasında dövlətdaxili, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılması dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında həyata keçiriləcək. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistanın ərazisindən keçməklə maneəsiz əlaqəni əhatə edəcək və beynəlxalq və dövlətlərarası əlaqə üçün qarşılıqlı fayda verəcək”, - Paşinyan əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
8
axar.az

10Mənbələr