RU

“Laza kəndində palçıq seli ilə bağlı vəziyyət nəzarət altındadır” -

Qusar rayonunun Laza kəndində palçıq selinin baş verdiyi ilk gündən Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumlarının nümayəndələri əraziyə cəlb olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə ərazidə müvafiq tədbirlər həyata keçirilir. Vəziyyət nəzarət altındadır.

Qeyd edək ki, Laza kəndinin mərkəzindən keçən çayda daş-palçıq qarışıqlı axın sentyabrın 22-si səhər saatlarından müşahidə olunur.

Избранный
21
4
metbuat.az

10Источники