Qusar rayonunun Laza kəndində palçıq selinin baş verdiyi ilk gündən Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumlarının nümayəndələri əraziyə cəlb olunub.
Bu barədə Sabahinfo.az-a FHN-dən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə ərazidə müvafiq tədbirlər həyata keçirilir: "Vəziyyət nəzarət altındadır".
Xatırladaq ki, Qusar rayonunun Laza kəndindən keçən palçıqlı sel bir sıra fəsadlar törədib.