Şimali Koreya ticarət gəmisinin Seulun özünün faktiki dəniz sərhədi hesab etdiyi Sarı Dənizdə Şimal Limit Xəttini (NLL) pozduğu bildirildikdən sonra Cənubi Koreya xəbərdarlıq atəşi açıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin (JCS) məlumatına görə, Şimali Koreya gəmisi Cənubi Koreyanın Baengnyeong adası yaxınlığında NLL-i pozub. Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açaraq gəmini ərazini tərk etməyə məcbur ediblər.